Məhsullar
İstehsal etdİyİmİz məhsulların xüsusİ üstünlüklərİ:
Beton qarışığı
Yüksək keyfiyyətli və istənilən dizaynda beton qarışıqı (M50 - M1000) və sement məhlulu (M100 - M500). Tam avtomatlaşdırılmış istehsal prosesi.
Dəmİr beton
Boruları
Almaniyanın "SCHLOSSER PREİFFER" firması avadanlıqlarının tətbiqi vasitəsi ilə yüksək standartlara uyğun markalı xammal - materiallardan hazırlanmış ikiqat armatur toxunuşlu (MBK) rezin keçirməli (CORDES) istənilən melorasiya su və kanalizasiya ötürmələri sahəsində tətbiq edilə bilən borular, quyu dabanları, halqalar, konuslar, mikro tunel boruları.
İstehsalat prosesİ
AZKONTAKT MMC – beton qarışığı və beton məmulatları zavodu ölkəmizin tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton məmulatları (beton borular və döşəmə daşları) ilə təmin edilməsi məqsədilə Almaniyanın “Schlosser Pfeiffer”, “MBK” və “HESS”, Türkiyənin “Göker” şirkətlərinin ən son texnologiyaları əsasında qurulmuşdur. Zavodda istehsal prosesi tam avtomatlaşdırılmış formada həyata keçirilir. Belə ki, alınan xammal beton istehsalı qovşağında xüsusi bunkerlərə yığılır və beton məhlulunun istehsalı üçün mikserlərə ötürülür. Avtomatik qaynaq avadanlığı vasitəsilə istehsal olunacaq beton boruların ölçülərinə uyğun armaturdan metal karkas toxunulur və xüsusi kranlar vasitəsilə qəliblərə yerləşdirilir .
-
Beton qurğusu
Saatda 120 m³ beton qarışığı istehsal gücünə malik olan 5 daimi zavod və 1 mobil stasionar zavod.
-
Avtomatlaşdırma
İstehsalat tam kompyuterləşdirilib və avtomatlaşdırılıb.
.
SƏTƏM


-
SƏTƏM-İN TƏŞKİLİ
• Cəmiyyətdə və onun sahələrində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, bu sahədə tədbirlərin görülməsinə, əməyin mehafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyyasının mövcud qanunvericiklərinə, təlimatlarına, norma və qaydalarına riayyət olunmasına, əmək şəraiti üzrə işçilərə qəbul edilmiş güzəştlərin və müavinətlərin verilməsinə nəzarəti həyata keçirir • İş yerlərində əmək şəraitin öyrənilməsinin, qoruyucu qurğuların texniki vəziyyətinin yoxlanılmasını təşkil edir • Cəmiyyətin (Beton zavodun) nəqliyyatının və işçilərinin təhlükəsiz hərəkət marşrutunun işlənməsində və tətbiqində müfafiq laboratoriyanın iştirakını təmin edir • Cəmiyyətdə əmək şəraitin yaxınlaşdırılması üzrə illik və perspektiv planların işlənməsini həyata keçirir: • Cəmiyyətin işçiləri ilə təhlükəsizlik texnikası üzrə ilkin təlimatın aparılmasını təmin edir, bölmələr üzrə təhlükəsizlik texnikası və əməyin mühafizəsinə dair tədbirlərin xərclər smetasının tərtibinə, xüsusi geyimə, ayaqqabıya və digər fərdi qoruyucu vasitələrinə, xüsusi qıdalanmaya, qoruyucu müdafiyə qurğularına sifarişlərin düzgün tərtib olunmasına nəzarət edir • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qüvəddən düşmüş təlimat və yaddaş kitabçalarının yenidən baxılmasında və yenilərinin işlənməsində, həmçinin işçilərin təhlükəsiz metodla işləməyi öyrədən proqramın tərtibi üzrə işləri həyata keçirir • İstehsal zədələrinin, peşə xəstəliklərinin araşdırılmasında, təhlilində,onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənməsində, həmçinin əmək şəraitinin yaxşılaşdırılması, işçilərinin sağlamlığının möhkəmləndirilməsi məsəllələrinə nəzarət edir • Cəmiyyətin işçilərinin əməyinin təhlükəsizliyi və mühafizəsi məsələləri üzrə fəaliyyətini istiqamətləndirir • Fərdi və kollektiv mühafizə vasitələrinin, texnoloji və quraşdırıcı ləvazimatlarının tətbiqinə və vəziyyətinə, istehsalat sahələrinin təhlükəsizlik plakatları və işarələri ilə,işçilərin təlimat və tədrisi üzrə proqramlarla təmin olunmasına nəzarət edir • İşlərin icrası üzrə texnoloji xəritələrin, əməyin təhlükəsizliyi layihələrinin dolğunluğuna və keyfiyyətinə nəzarət edir • Hər il işçilərin əməyinin təhlükəsizlik üsul və qaydaları üzrə biliklərininn vaxtında yoxlanılmasına nəzarət edir.
Mobil beton zavod
Sanqaçal